ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşneri daşıdığı bildirilən təyyarə Moskvaya enib.
“İnterfaks”ın aviasiya sahəsindəki mənbəyə istinadən yaydığı məlumata görə, təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.
Səfər Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində yeni danışıqlar təşəbbüsü ilə bağlıdır. Tramp daha əvvəl Uitkoff və Kuşnerin Moskvaya sülh təklifi aparacağını açıqlamışdı. ABŞ nümayəndələrinin Moskva ilə yanaşı Kiyevə də səfər etməsi gözlənilir.
Ukrayna Prezidenti Volodimir Zelenski də nümayəndələrin Kiyevə səfər edəcəyini bildirib. Onların səfəri fonunda Ukrayna 5 sentyabr saat 00:00-dan 8 sentyabr saat 23:59-dək hava zərbələrinə fasilə verilməsi barədə qərar açıqlayıb və Rusiyadan da analoji addım gözlədiyini bildirib.


