Kriminal

Bakıda alverçi qəsdən qadının maşınının təkərini deşdi

Bakıda alverçi qəsdən qadının maşınının təkərini deşdi

Bakıda qardaşlar arasında yaranan münaqişə maraqlı hadisə ilə nəticələnib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə İ.Talıblı küçəsində yaşayan Şakir Məmmədovun şikayəti daxil olub. O, qardaşının məsuliyyətə cəlb olunmasını istəyib. Şakir Məmmədovun həyat yoldaşı və qayınatası da polisə müraciət edərək Tural Məmmədovun ailədə tez-tez münaqişə yaratdığını bildiriblər. Onların sözlərinə görə, Tural sonuncu dəfə qardaşının həyat yoldaşına məxsus avtomobilin təkərlərini bıçaqla kəsib.

Hadisə ilə bağlı Tural Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə ifadə verən 1994-cü il təvəllüdlü Tural Məmmədov avtomobilin təkərlərinə zərər vurduğunu etiraf edib. O bildirib ki, 2022-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olan şirkət yaradıb və adına çoxlu nəqliyyat vasitəsi rəsmiləşdirilməsin deyə bəzi avtomobilləri qohumlarının adına keçirib.

Tural Məmmədovun sözlərinə görə, təxminən bir ay əvvəl qardaşından həmin avtomobili geri istəyib. Qardaşı isə maşını satdığını deyib. Bundan əsəbiləşən Tural qardaşının həyat yoldaşına məxsus avtomobilin təkərlərini deşib.

O, məhkəmədə hərəkətindən peşman olduğunu bildirərək zərər çəkmiş tərəfin avtomobilinin təkərlərini yeniləyəcəyini deyib.

Məhkəmə Tural Məmmədovun əməlində xuliqanlıq tərkibinin olmadığını müəyyən edib və iş üzrə icraata xitam verib.(qafqazinfo)

Demokrat.az

D
demokrat.az