Suriyanın şimalında, İdlib vilayətində Türkiyə ordusunun 5 əsgəri şəhid olub.
NTV telekanalının məlmatıistinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.


