Sentyabr sevgidə sürprizlər gətirəcək: Doğum tarixinə görə proqnoz
Sentyabr ayı bəzi insanlar üçün yeni romantik tanışlıqlar, bəziləri üçün keçmişdən birinin geri qayıtması, digərləri üçün isə mövcud münasibətlərlə bağlı mühüm qərarlar gətirə bilər.
Demokrat.az xəbər verir ki, "The Economic Times" nəşri doğum gününə əsaslanan numeroloji proqnozda sentyabr ayında insanların sevgi həyatında baş verə biləcək dəyişiklikləri təqdim edib.
Proqnoza görə, əvvəlcə doğum rəqibini müəyyənləşdirmək lazımdır. Bunun üçün doğulduğunuz günün rəqəmləri toplanır və nəticə birrəqəmli ədədə endirilir. Məsələn, ayın 14-də doğulan şəxsin rəqəmi 1+4=5 hesablanır. Bu halda 5 rəqəminə 5, 14 və 23-də doğulanlar daxildir.
1 rəqəmi – 1, 10, 19 və 28-də doğulanlar
Sentyabr bu insanlar üçün sevgidə ilk addımı atmaq ayına çevrilə bilər. Subaylar iş, dostlar və ya sosial çevrə vasitəsilə yeni biri ilə tanış ola bilərlər. Münasibətdə olanlar isə gələcəklə bağlı daha ciddi söhbətlər etmək istəyə bilərlər.
2 rəqəmi – 2, 11, 20 və 29-da doğulanlar
Bu şəxslər hisslərini daha aydın şəkildə dərk edə bilərlər. Subayların əvvəllər diqqət yetirmədikləri sakit və təmkinli bir insana maraq göstərməsi mümkündür.
3 rəqəmi – 3, 12, 21 və 30-da doğulanlar
Sentyabr flört və yeni münasibətlər üçün əlverişli dövr kimi təqdim olunur. Söhbətlər, görüşlər və internet üzərindən ünsiyyət romantik tanışlığa səbəb ola bilər. Başlanğıcda sadə maraq kimi görünən münasibət sonradan ciddiləşə bilər.
4 rəqəmi – 4, 13, 22 və 31-də doğulanlar
Bu qrupa daxil olanlar təsadüfi münasibətlərdənsə, sabitliyə üstünlük verməyə başlaya bilərlər. Münasibətdə olan cütlüklərdə nikah, maliyyə, ailə və gələcəklə bağlı söhbətlər gündəmə gələ bilər.
5 rəqəmi – 5, 14 və 23-də doğulanlar
Onları gözlənilməz romantik dönüşlər gözləyə bilər. Təsadüfi görüş, qəfil mesaj və ya keçmişdə qalmış bir insanla yenidən əlaqə qurulması mümkündür. Lakin keçmiş sevgilinin geri qayıtması mütləq münasibətin bərpa olunacağı anlamına gəlmir. Bu görüş sadəcə keçmişlə bağlı emosional məsələlərin tamamlanmasına da xidmət edə bilər.
6 rəqəmi – 6, 15 və 24-də doğulanlar
Sentyabr bu insanlar üçün daha ciddi münasibətlər dövrü ola bilər. Subaylar uzunmüddətli münasibət istəyən şəxsin diqqətini çəkə, münasibətdə olanlar isə əlaqələrində növbəti mühüm addımı müzakirə edə bilərlər.
7 rəqəmi – 7, 16 və 25-də doğulanlar
Bu şəxslərin daha çox şəxsi məkana ehtiyacı yarana bilər. Sentyabr keçmiş münasibətləri və buraxılan səhvləri yenidən nəzərdən keçirmək üçün uyğun dövr kimi qiymətləndirilir. Yeni münasibət mümkündür, lakin onun inkişafı tədricən baş verə bilər.
8 rəqəmi – 8, 17 və 26-da doğulanlar
Bu insanlar münasibətlərdə öz standartlarını daha dəqiq müəyyənləşdirə bilərlər. Qarışıq siqnallar verən şəxslərə vaxt ayırmaq istəməyəcəklər. Subayların karyerasına və məqsədlərinə fokuslanan ambisiyalı bir insanla tanış olması mümkündür.
9 rəqəmi – 9, 18 və 27-də doğulanlar
Sentyabr bu insanlar üçün eşq həyatında dönüş nöqtəsi ola bilər. Keçmişin emosional təsiri zəiflədikcə yeni mərhələyə keçmək mümkün olacaq. Subaylar köhnə bağlılıqları geridə qoyduqdan sonra yeni biri ilə tanış ola, münasibətdə olanlar isə uzun müddətdir həllini gözləyən məsələlərlə bağlı mühüm qərar verə bilərlər.
Ümumilikdə, proqnoz sentyabr ayında münasibətlərdə yalnız güclü hisslərə deyil, qarşı tərəfin davranışlarının ardıcıllığına da diqqət yetirməyi tövsiyə edir. Qarşılıqlılıq, açıq ünsiyyət, şəxsi sərhədlərə hörmət və hər iki tərəfin münasibət üçün səy göstərməsi daha sağlam əlaqənin əsas göstəriciləri kimi təqdim olunur.
Qeyd edək ki, numerologiya və astrologiya elmi cəhətdən təsdiqlənmiş metodlar deyil. Bu cür proqnozlar əsasən əyləncə xarakteri daşıyır və mühüm həyat qərarları üçün etibarlı əsas kimi qəbul edilməməlidir.
Jalə Demokrat.az


