İqtisadiyyat Özəl

Aviadışımaların həcmi artdı: böyük gəlirlər Azərbaycanın hava nəqliyyatı sektoru üçün nə vəd edir?

Aviadışımaların həcmi artdı: böyük gəlirlər Azərbaycanın hava nəqliyyatı sektoru üçün nə vəd edir?

Azərbaycanda aviaşirkətlərin yükdaşınmadan əldə olunan gəliri 2026-cı ilin ilk yarısında 1 milyard 419 milyon manata və ya təqribən 835 milyon ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

Aviaşirkətlərin yükdaşımadan gəlirlərinin 835 milyon dollara yüksəlməsinin əsas səbəbləri nələrdir və bu artım Azərbaycanın logistika sektoruna necə təsir göstərə bilər?

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda aviaşirkətlərin yükdaşımadan əldə etdiyi gəlirlər ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizə qədər artaraq təxminən 1,4 milyard manata çatıb.

Aviadışımaların həcmi artdı: böyük gəlirlər Azərbaycanın hava nəqliyyatı sektoru üçün nə vəd edir?

"Bunun əsas səbəblərindən biri regionda, xüsusilə də ölkənin cənubunda, Hörmüz boğazı ətrafında yaranan müharibə vəziyyəti və İran-İsrail-ABŞ müharibəsi nəticəsində bəzi hava məkanlarının bağlanması olub. Bu vəziyyət həm sərnişin, həm də yük daşımalarında mövcud uçuş trayektoriyalarının dəyişməsinə səbəb olub. Əvvəllər həmin ərazilər üzərindən həyata keçirilən bir sıra uçuşlar və yükdaşımalar hava məkanlarının məhdudlaşdırılması səbəbindən alternativ marşrutlara yönəlib. Nəticədə xüsusilə Körfəz ölkələrindən həyata keçirilən uçuşların və yükdaşımaların bir hissəsinin trayektoriyası dəyişərək Azərbaycan hava məkanından keçməyə başlayıb",- deyə Ceyhun Aşurov söyləyib.

Ekspertin sözlərinə görə, bu proses Azərbaycanın hava məkanından və hava limanlarından istifadənin artmasına səbəb olub:

"Eyni zamanda, aviadaşımaların bir hissəsinin marşrutunun Azərbaycan istiqamətinə dəyişməsi ölkədə yükdaşımaların həcminə və bu sahədən əldə olunan gəlirlərə də müsbət təsir göstərib. Təbii ki, regionda yaranmış geosiyasi vəziyyət Azərbaycanın tranzit və aviasiya imkanlarından istifadənin artmasında mühüm rol oynayıb", - deyə Aşurov vurğulayıb.

Fidan Hacızadə

D
demokrat.az