Dünya Özəl

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusuna yeni komandan təyin edilib

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusuna yeni komandan təyin edilib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə Samvel Qriqoryan 3-cü Ordu Korpusunun komandiri təyin olunub. Sərəncam dövlət başçısının rəsmi internet səhifəsində dərc edilib.

Demokrat.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun qərargahı tarixi Azıərbaycan torpağı olan Loru vilayətinin Qarakilsə şəhərində (Şəhər salındığı andan 1935-ci ilə qədər Qarakilsə adlanıb. Daha sonra onu erməniləşdirərək Vanadzor adlandırıblar - red.)Vanadzor şəhərində (Lori vilayəti) yerləşir. Onun məsuliyyət zonası şimal-şərq sektoru, o cümlədən Tavuş (Tarixi qıpçaq yurdu Tovuz - red.) vilayətindəki sərhəd hissəsidir. Xatırladaq ki, 1 iyul 2026-cı ildə 3-cü Ordu Korpusunun komandiri Simon Nazaryan vəzifəsindən azad edilmişdi. Daha sonra o, 2-ci Ordu Korpusuna komandir təyin olunmuşdu.

Alparslan

D
demokrat.az