Yeni smartfonun batareya ömrünü uzatmaq üçün ilk gündən müəyyən istifadə qaydalarına əməl olunmalıdır. Enerji səviyyəsini 20-80 faiz aralığında saxlamaq ən effektiv üsullardandır.
Demokrat.az xəbər verir ki, batareyanı tam boşaltmaq və ya hər dəfə maksimum həddə qədər doldurmaq onun kimyəvi resursunu sürətlə tükəndirir.
Cihazı gecə boyu enerji təchizatına qoşulu saxlamaq da akkumulyatorun aşınmasını sürətləndirir. Şarj 100 faizə çatdıqdan sonra cihaz kiçik impuls doldurma rejiminə keçir, bu da gərginliyi artıraraq qızmaya səbəb olur. Həddindən artıq qızma isə batareyanın strukturuna ciddi zərər vurur.
Yalnız istehsalçının təyin etdiyi orijinal enerji toplama cihazlarından istifadə olunmalıdır. Sertifikatsız adapterlər sabit gərginlik vermədiyi üçün həm batareyanın, həm də daxili mikrosxemlərin sıradan çıxma riskini artırır. Yüksək resurs tələb edən proqramlar və ya oyunlar icra olunarkən cihazı enerji təchizatına qoşmaq məqsədəuyğun deyil.
Əməliyyat sisteminin parametrlər bölməsindən batareyanı qoruma funksiyasını aktivləşdirmək mümkündür. Bu rejim enerjini 80 və ya 85 faiz səviyyəsində məhdudlaşdıraraq aşınmanın qarşısını alır. Ekran parlaqlığını avtomatik rejimdə saxlamaq, istifadə edilməyən GPS və Bluetooth kimi naviqasiya modullarını söndürmək də enerjiyə qənaət baxımından əhəmiyyətlidir.


