Kriminal Özəl

Bakıda arvadını döyən şəxs cəzasız qaldı

Bakıda arvadını döyən şəxs cəzasız qaldı

Bakının Sabunçu rayonunda 31 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Nurlan yaşadıqları evin qonaq otağında Səlimə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında yaranmış mübahisə zamanı ər arvadının ağız nahiyəsindən tutub, sağ üz nahiyəsinə şillə ilə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs barışıq ərizəsini təqdim edib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az