Biləsuvar rayonunda 30 yaşlı kişi yetkinlik yaşına çatmayan baldızına qarşı seksual hərəkətlər etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 17-də baş verib. 1996-cı il təvəllüdlü Ağakişi həmin gün saat 11:30 radələrində qayınatası Əflatuna məxsus evə gəlib. O, həmin vaxt yetkinlik yaşına çatmayan baldızı Əfsanəyə (adlar şərtidir – red.) qarşı seksual xarakterli hərəkətlər edib, onunla intim əlaqədə olub.
Ağakişinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ağakişi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Biləsuvar rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır: “Əfsanənin bacısı Sevil ilə 2024-cü ilin sentyabrın 24-də ailə həyatı qurmuşam. Əfsanə də mənim baldızımdır. Bakı şəhərində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlə işləyirəm. Həftənin 5 günü orada işlədikdən sonra şənbə və bazar günləri ailəmin yanına gəlirəm. Dəqiq xatırlamıram, amma avqust ayının ortalarında Biləsuvar rayonunun kəndində yaşadığım evə gəldim. Bir gün sonra, saat 10:30 radələrində arvadım mənə bacısı Əfsanəni Biləsuvar şəhərində yaşadığı ünvana aparmağımı bildirdi. Özümə məxsus “VAZ 21074” markalı avtomobillə baldızımı aparmaq üçün yola çıxdım. Biləsuvar şəhərində, Heydər Əliyev küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən yerdə işıqforun qırmızı işığında dayananda qayınatam Əflatunu orada gördüm. İşıqforu keçdikdən sonra yolun sağ tərəfində avtomobili saxlayaraq qayınatamı çağırdım. Daha sonra qayınatam ilə baldızımı evlərinə apardım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, qayınatasının evinin qarşısına çatıblar və bu zaman qayınanası baldızının istifadəsində olan mobil nömrəyə zəng edərək işlədiyi restorandan ət götürərək yaşadığı evə aparıb-apara bilməyəcəyini soruşub: “Mən də heç bir problemin olmamasını bildirdim. Bundan sonra kafeyə gedərək qayınanamın sellofanda olan ətini aldım və yaşadıqları evə apardım. Qayınatamın evinə çataraq həyətə daxil oldum. Əlimdə olan sellofan torbanı həyətdə olan dirəkdən asdım. Bundan sonra həyətdəki ayaqyoluna getdim. Təxminən 10 dəqiqə sonra ayaqyolundan çıxdıqda baldızımı qapının qarşısında gördüm. Əfsanə çay dəmləyidi. Mənə gözləyib çay içməyimi təklif etdi. Mən isə tələsdiyimi deyərək oradan getdim”.
Ağakişi deyib ki, “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus profil hesabı var: “Təxminən 2025-ci ilin avqust ayının axırlarında tanımadığım profil hesabı vasitəsi ilə mənə mesajlar yazılaraq baldızım Əfsanəni zorlamağımı, onunla cinsi əlaqədə olmağımı dedilər. Mən isə mesaja cavab olaraq elə bir şey olmadığını, bunun yalan olduğunu bildirdim. Bundan sonra baldızıma zəng edərək mənə “Tik-tok” hesabımda tanımadığım profildən həmin məzmunda mesajlar gəldiyini bildirdim. Əfsanə elə bir şeyin olmamasını, həmin mesaj yazan şəxsi tanımadığımı bildirdi. Əfsanə həmin mesajların ekran görüntülərini çəkərək ona göndərməyimi istədi. Mən də həmin profillə aramızda olan mesajların ekran görüntülərini çəkərək Əfsanəyə “Whatsapp” proqramı vasitəsi ilə göndərdim”.
Ağakişinin ifadəsinə görə 2025-ci ilin sentyabrın 14-də, saat 11 radələrində qayınanası Fəridə zəng edərək yaşadıqları onu evə çağırıb: “Mən həmin vaxt Biləsuvar şəhərində mərkəzi bazarın qarşısında idim. Qayınatamgilə çatdıqdan sonra evə daxil oldum. Qayınatam özünə məxsus mobil telefonu mənə verərək “Tik-Tok” sosial şəbəkəsinin messenger bölməsində kimə aid olduğunu bilmədiyimiz profildən mənə gələn mesajları ucadan oxumağımı bildirdi. Mən də qayınatama oxuyub-yazmağımın zəif olmasını bildirdim və səssiz oxumağa başladım. Qayınatam həmin mesajları ucadan oxumağımı istədi. Mən yenə həmin mesajları ucadan oxumadım. Bundan sonra qayınatam baldızımı və qayınanamı qonaq otağından çölə çıxartdı və evin çöl qapısını arxadan kilidlədi. Həmin vaxt mən qonaq otağındakı stulda əyləşmişdim. Qayınatam və bibisi oğlu Əli mənə yaxınlaşaraq nalayiq ifadələr işlətdilər, yumruqla üz nahiyəmdən vurmağa başladılar. Bundan sonra mənim burnumdan qan axmağa başladı. Sonra qayınatam əlinə bıçaq götürərək üzərimə gəldi və məni öldürəcəyini bildirdi. Bu zaman Əli qayınatam Əflatuna mane oldu. Hadisə zamanı qayınanam səs-küy saldı. Həmin vaxt Əli qapını açdı. Bu zaman Fəridə və Əfsanə qonaq otağına daxil oldular. Onlar qayınatamı məndən uzaqlaşdırdılar və onun əlindəki bıçağı yalvararaq aldılar. Əflatun mənə həmin mesajı yazan şəxsi tapmağımı tələb etdi. Mən də həmin adamı tapacağıma söz verdim. Bundan sonra mənə getməyimə icazə verdilər”.
İş üzrə zərərçəkmiş Əfsanənin sözlərinə görə, bacısı Sevilin əri Ağakişi Bakı şəhərində fəhlə işləyir: “Ağakişi Bakı şəhərində işlədiyi zaman bacımın kənddə yaşadığı evə gedirəm. 2025-ci ilin avqustun 4-də atam özünə yeni mobil telefon aldı, köhnə telefonunu isə mənə verdi. Atam həmin tarixdə mənə mobil nömrə aldı. Həmin tarixdən mobil telefon işlətməyə başladım. Mobil nömrə işlətməyə başlayanda ilk əvvəllər özümə məxsus mobil nömrənin “Whatsapp” hesabı vasitəsi ilə Ağakişi ilə əlaqə saxladım. Atama məxsus evdə, Ağakişi isə Bakı şəhərində olan zaman istifadəmdə olan “Whatsapp” proqramı vasitəsi ilə bir-birimizlə əlaqə saxladıq. Lakin ya Ağakişini, ya da özümün ilk öncə əlaqə saxlamağımı xatırlamıram. Bizim aramızda sevgi münasibətləri yarandı”.
Zərərçəkmiş qeyd edib ki, 2025-ci ilin avqustun 12-də bacısıgilə qonaq gedib: “Mən kənddə olduğum ilk bir neçə gün müddətində Ağakişi Bakı şəhərində olub. Bacım özünə məxsus mobil telefonla əri ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb. Avqustun 15-də Ağakişi Bakı şəhərindən Biləsuvar rayonunda yaşadığı evə, gecə saatlarında gəldi. Ertəsi gün səhər yeməyi yedikdən sonra Ağakişigilin qonşuluğunda yaşayan bibim Mədinəgilə getdim. Həmin günü onlarda qaldım. Ağakişi avqustun 17-də, gecə saat 00:30 radələrində zəng edərək “Whatsapp”a daxil olmağımı bildirdi. Biz bir qədər yazışdıq. Ona səhər Biləsuvar şəhərində yaşadığım evə gedəcəyimi dedim. O, da məni aparacağını bildirdi. Bu zaman Ağakişi mənə dedi ki, kaş bacın Sevillə yox, səninlə evlənəydim".
Əfsanə bildirib ki, avqustun 17-də yuxudan ayıldıqdan sonra bacısına məxsus evə gedib və bacısı Sevilə evlərinə getmək istədiyini bildirib: “Həmin vaxt Ağakişi yanımızda olub. Bacım da ərinin özünə məxsus avtomobillə məni aparmasını bildirdi. Həmin zaman mənim konturum qurtardı və bu barədə bacıma dedim. Bacım Ağakişiyə mənə kontur atmasını bildirdi. O, da mənim mobil nömrəmə kontur göndərdi. Mən həmin vaxt bacımgilin yataq otağı ilə qonşu otaqda olmuşam. Ağakişiyə “Whatsapp”da mesaj yazaraq kontura görə təşəkkür etdim. Bu zaman Ağakişi məni otelə aparmaq istəməsini yazdı. Mən bu cümlənin nə demək olmasını soruşdum. O, da mənimlə sevişmək istədiyini dedi. Mən də onunla yazışan zaman sevişməyə razı oldum. Ağakişiyə yaşadığım evə gedəcəyimi, atam evdə olmasa, orada sevişməyi təklif etdim. Biz təxminən saat 11 radələrində Biləsuvar şəhərinə getmək üçün yola çıxdıq. Avtomobildə olarkən anama zəng edərək evin açarlarının harada olmasını soruşdum. Anam açarların yaşadıqları evin həyətindəki mətbəxdə olduğunu bildirdi. Ağakişi özünə məxsus avtomobillə işıqforda dayanan zaman küçədə atamı gördü. Ağakişi avtomobili atamın yanında saxlayaraq, avtomobilə çağırdı. Atam ilə birlikdə yaşadığımız evə getdik. Yaşadığımız evə gedən zaman atama zəng gəldi. Atam kondisioner ustası olduğu üçün zəng edən şəxsin kondisionerini düzəltməyə gedəcəyini dedi. Sonra evə getdik, bir qədər sonra atam paltarlarını dəyişib evdən çıxdı. Atam işə getmək üçün hazırlaşan zaman Ağakişi mesaj yazaraq nə etdiyimi soruşdu. Mən də atamın işə gedəcəyini dedim”.
Zərərçəkmişin sözlərinə görə, atası getdikdən sonra Ağakişiyə bir neçə dəfə “Whatsapp” vasitəsi ilə zəng edib: “Amma Ağakişi zənglərimi açmadı. Təxminən bir neçə dəqiqə sonra Ağakişi zəng etdi. Ona atamın getdiyini, evədə tək olduğumu və onun gələ biləcəyini dedim. Ağakişi bir neçə dəqiqə sonra zəng edərək yaşadığım evə çatdığını dedi. O, evin qonaq otağında əyləşdi, məni öpmək istədiyini bildirdi. Mən də ona məni öpməyə icazə verdim. Biz istədiyimizi etdik. Sonra o, mənə qarşı seksual hərəkətlər etdi, intim əlaqədə oldu. Əlaqədə olduqdan sonra paltarlarımızı geyindik, Ağakişi tələsik evdən getdi. Ağakişi getdikdən bir qədər sonra ona görüntülü zəng etdim. Ondan hara getməsini soruşdum. Ağakişi işinin olduğunu, evə bir qədər gec gedəcəyini dedi. Bu hadisədən təxminən bir həftə keçdikdən sonra bibim qızına zəng edərək Ağakişi ilə olan münasibətimiz barədə məlumat verdim. Bu hadisədən bir-iki həfətə keçdikdən sonra anama Ağakişinin məni öpməsini dedim”.
Zərərçəkmişin sözlərinə görə, sentyabrın 14-də atasının “Tik-Tok” hesabına tanımadığı profildən mesajlar yazılıb: “Atamın yazıb oxuması olmadığı üçün həmin mesajları oxumağa başladım. Həmin mesajları yazan şəxs Ağakişinin mənə qarşı etdiyi hərəkətləri bildirirdi. Mən mesajları atama oxudum. Bundan sonra olmuş hadisə barədə atama məlumat verdim. Anam baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”.
Qeyd edək ki, Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Ağakişi 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


