Şou-biznes Özəl

Cem Yılmaz xəstəxanaya çatdırılıb

Cem Yılmaz xəstəxanaya çatdırılıb

Məşhur komediya ustası Cem Yılmaz sinə ağrısı şikayəti ilə xəstəxanaya çatdırılıb və ona angioqrafiya (koronar angioqrafiya) müayinəsi aparılıb.

Demokrat.az xəbər verir ki, məlumata görə, Çanaqqalanın Ayvacık rayonuna bağlı Paşaköydəki bağ evində səhhəti pisləşən məşhur komediya ustası Cem Yılmaz sinə ağrısından şikayət edib. Evə təcili tibbi yardım çağırılıb.

Cem Yılmaz Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra ÇOMÜ Xəstəxanasına göndərilib. Məşhur komediya ustasına burada angioqrafiya aparıldığı bildirilir.

Leyla Demokrat.az

D
demokrat.az