Mütəxəssislər ürək-damar sağlamlığını qorumaq üçün naharda düzgün qidalanmanın vacibliyini vurğulayıblar.
Demokrat.az xəbər verir ki, dietoloqların fikrincə, nahar menyusunda qızılbalıq, avokado, mərcimək, noxud, bütöv taxıllar, tərəvəzlər və zeytun yağına üstünlük verilməlidir.
Bu qidalar xolesterinin səviyyəsinin və arterial təzyiqin tənzimlənməsinə, iltihabın azalmasına kömək edə bilər.
Mütəxəssislər kolbasa, sosiska, fast-food və həddindən artıq duzlu qidalardan isə uzaq durmağı tövsiyə edirlər.


