Hadisə

Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü

Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü

Bu gün saat 18:40-da metronun "Əhmədli" stansiyasında qadın sərnişin qatar yoluna düşüb.

"Bakı Metropoliteni" QSC-dən Demokrat.az-a bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Qadın stansiya yolundan çıxarılaraq, polisə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha sonra qatarların hərəkəti bərpa olunub. Hadisə ilə bağlı 9 dəqiqəlik gecikmə yaranıb.

Demokrat.az

D
demokrat.az