Türkiyəli müğənni Murat Dalkılıç aktrisa Özgü Kaya ilə münasibətinin necə başladığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, müğənni aktrisa Ege Kökenlinin “Anne Biz Egelerdeyiz” adlı “YouTube” proqramında qonaq olub. O, veriliş zamanı həm musiqi sektorundakı artan xərclərdən, həm də şəxsi həyatından danışıb.
Dalkılıç bildirib ki, Özgü Kaya ilə münasibətləri İstanbulun Suadiye ərazisində başlayıb. Onun sözlərinə görə, həmin axşam məkana sadəcə dost kimi gediblər, lakin gecənin sonunda münasibətləri romantik xarakter alıb.
"Dost kimi getdik. Söhbət edərkən öz-özümə "Aşiq oluram?" deyə düşünməyə başladım. Çox normal şəkildə girdiyimiz o məkandan gecənin sonunda əl-ələ çıxmışdıq", deyə müğənni bildirib.
Dalkılıç sevgilisi ilə xarakter baxımından bir-birlərindən çox fərqli olduqlarını da qeyd edib. O, münasibətlərini “ağ və qara”ya bənzədərək, günlərinin bir-birlərinə təəccüblənməklə keçdiyini söyləyib.
Müğənni proqramda musiqi sektorundakı çətinliklərdən də danışıb. Onun sözlərinə görə, son bir ildə 30 konsert verib, lakin ilk dəfə qazanc əldə etmək əvəzinə öz cibindən pul ödəməli olub. Dalkılıç artan xərclər səbəbindən Türkiyədə konsert təşkil etməyin getdikcə çətinləşdiyini bildirib.
Dalkılıç həmçinin aktyorluq karyerasına başlamadığı üçün peşman olduğunu deyib. O, dostlarının komediya filmlərində ödənişsiz rol aldığını, lakin bunun nəticəsində aktyorluqdan tamamilə uzaqlaşdığını bildirib. Müğənni daha sonra prodüserliyə yönəldiyini və bu sahənin onun ən güclü bacarığı olduğunu vurğulayıb.
Jalə Demokrat.az


