İnfrastruktur

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpasına başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətinin təmin edilməsidir:

“Körpüdə bərpa işlərinin başlaması ilə şəhərətrafı qatarların hərəkət qrafikindəmüvəqqəti dəyişiklikləredilib. Belə ki, Xırdalan–Bakı istiqamətində hərəkət sürəti və istiqamətinin dəyişməsi ilə əlaqədar dəyişikliklər səbəbindən qatarların çatma müddəti müvəqqəti olaraqartıb.

Yeni qrafik sərnişindaşıma xidmətinin davamlılığını təmin etməklə yanaşı, ərazidə bərpa işlərinintələb olunan təhlükəsizlikşərtləri çərçivəsindəaparılmasına imkan verir. Bununla yanaşı, şəhərətrafı qatarların gündəlik reys sayıartırılaraq84-dən 90-a çatdırılıb.

Körpünün bərpası başa çatdıqdan sonra sözügedən istiqamət üzrə sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma bərpa ediləcək.

ADY üçün əsas prioritet bərpa işlərini mümkün qədər operativ şəkildə, eyni zamanda bütün təhlükəsizlik tələblərinə tam riayət etməklə yekunlaşdırmaqdır. Hərəkətin tədris ili başladıqdan qısa müddət sonra tam bərpası nəzərdə tutulur.

Müvəqqəti dəyişikliklərindəyərlisərnişinlərimiz üçün yaratdığı çətinliyi anlayırıq.

Daha təhlükəsiz və etibarlı dəmir yolu infrastrukturu üçün həyata keçirilən işlər müddətində göstərdikləri anlayışa görə sərnişinlərimizə təşəkkür edirik”.

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

Xırdalan-Bakı qatarından istifadə edən sərnişinlərin nəzərinə — VİDEO/FOTOLAR

Demokrat.az

D
demokrat.az