Şou-biznes Özəl

“Uzak Şehir”in aşiqləri — FOTOLAR

“Uzak Şehir”in aşiqləri — FOTOLAR

“Uzaq Şəhər” serialının çəkiliş meydançasında başlayan dostluqları sevgiyə çevrilən Yaren Güldiken və Alper Çankaya münasibətləri ilə yenidən gündəmə gəlib.

Kanal D-nin məşhur serialında birlikdə rol alan aktyorların çəkilişlər zamanı başlayan yaxınlığı zamanla sevgiyə çevrilib.

Cütlük bir müddət münasibətlərini gözlərdən uzaq yaşamağa üstünlük versə də, mövsüm finalından sonra etdikləri paylaşımlarla sevgilərini açıq şəkildə nümayiş etdirməyə başlayıb.

Tətil fotoları ilə xoşbəxtliklərini izləyiciləri ilə bölüşən Yaren Güldiken və Alper Çankaya sosial mediada böyük maraqla qarşılanıb.

Cütlükdən bu dəfə də yeni paylaşım gəlib. Yaren Güldiken sevgilisi Alper Çankaya ilə birlikdə lift qarşısında çəkdirdiyi romantik fotonu sosial media hesabında yayımlayıb.

Qısa zamanda diqqət çəkən paylaşım izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb. Pərəstişkarları cütlüyün bir-birinə yaraşdığını və aralarındakı harmoniyanı bəyəndiklərini bildiriblər.

“Uzak Şehir”in aşiqləri — FOTOLAR
“Uzak Şehir”in aşiqləri — FOTOLAR

Leyla Demokrat.az

D
demokrat.az