Hadisə

Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az