Dünya

Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi

Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi

ABŞ Prezidenti Donald Tramp amerikalı musiqiçi Dolli Partonun vəfatı ilə əlaqədar olaraq bütün ABŞ ərazisində bayraqların bir həftə müddətinə yarıyadək endiriləcəyini elan edib.

Demokrat.az xəbər verir ki, o bu haqda “Truth Social” platformasında yazıb.

“Bu, milyonlarla insan üçün böyük itkidir. Onun kimi biri nə olub, nə də olacaq. Onun xatirəsinə hörmət əlaməti olaraq bu axşam saat 18:00-dan etibarən bir həftə ərzində bütün ABŞ ərazisində Amerika bayraqlarının yarıyadək endirilməsi barədə göstəriş verirəm”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 25-də amerikalı sənətçi Dolli Parton 80 yaşında vəfat edib.

Demokrat.az

D
demokrat.az