Dünya Özəl

Həyat hekayəsi hər kəsi kövrəltdi — Mehmet Şefdən dəstək sözü

Həyat hekayəsi hər kəsi kövrəltdi — Mehmet Şefdən dəstək sözü

"MasterChef Türkiyə" yarışmasında mübarizəni başa vuran 48 yaşlı Gülbahar Meşe vida zamanı danışdığı həyat hekayəsi ilə həm münsifləri, həm də tamaşaçıları duyğulandırıb.

Demokrat.az xəbər verir ki, Gülbahar Meşe ilk evliliyi zamanı şiddətə məruz qaldığını bildirib. O, oğlu 7 yaşında olarkən baş verən hadisələrdən sonra uşağı ilə birlikdə qadın sığınacağına yerləşdiyini deyib.

Meşe yarışma zamanı yaşanan mübahisələrin və yüksək səslə danışılmasının keçmişdə yaşadığı ağır günləri xatırlatdığını bildirib. Bu səbəbdən bəzi məqamlarda özünə qapandığını deyən Meşe yaşadıqlarının yarışmadakı davranışlarına təsir etdiyini və özünü istədiyi kimi ifadə edə bilmədiyini söyləyib.

Duyğusal anlar yaşayan Meşe oğlu və hazırkı həyat yoldaşından da üzr istəyib.

Gülbahar Meşenin sözlərindən sonra münsif Mehmet Yalçınkaya da ona dəstəyini ifadə edib.

Yalçınkaya Meşeyə “Sən möhtəşəm qadınsan” deyərək, peşəkar həyatında ehtiyac duyacağı hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Meşenin yarışmadan ayrılması ilə bağlı açıqlamaları studiyada emosional anların yaşanmasına səbəb olub.

Jalə Demokrat.az

D
demokrat.az