Şou-biznes Özəl

Bülənt Ersoy səhnədə əsəbiləşdi: Tamaşaçıya "Rədd ol get" dedi

Bülənt Ersoy səhnədə əsəbiləşdi: Tamaşaçıya Rədd ol get dedi

Bülənt Ersoy Kuşadasında keçirdiyi konsert zamanı gözlənilməz mübahisə ilə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, səhhətində problem olduğu üçün səhnəyə gec çıxdığı bildirilən sənətçinin buna baxmayaraq konserti baş tutub.

Konsert zamanı tamaşaçılardan birinin “Saat neçədir?” deyə səslənməsi Ersoyun qəzəblənməsinə səbəb olub. Məşhur sənətçi həmin tamaşaçıya sərt ifadələrlə cavab verib.

Ersoy səhnədə “Xəstə-xəstə bura çıxdım. İnsanlar gəliblər, ayıb olar deyə çıxdım” sözləri ilə səhhətinə baxmayaraq konsertə çıxdığını bildirib.

Daha sonra tamaşaçıya “Rədd ol get. Lənət olsun” deyə reaksiya verib. Səhnədə yaşanan gərgin anlar konsertə qatılan tamaşaçıların mobil telefon kameralarına düşüb.

Görüntülərin sosial şəbəkələrdə paylaşılmasından sonra Bülənt Ersoyun çıxışı qısa müddətdə gündəmə gəlib.

Jalə Demokrat.az

D
demokrat.az