Dünya Özəl

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyənin Çankırı vilayətində səhər saatlarında zəlzələ baş verib. Təkan qısa müddətli təşviş yaradıb və bəzi sakinlər evlərini tərk edərək küçəyə çıxıblar.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Çankırının Ilgaz rayonunda yerləşib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ saat 05:06-da baş verib. Yeraltı təkanın maqnitudası 4,2, ocağının dərinliyi isə 12,01 kilometr olub.

Kandilli Rəsədxanası isə zəlzələnin maqnitudasını 4,4, dərinliyini 5 kilometr göstərib. Rəsədxananın məlumatına görə, zəlzələnin episentri Ilgaz rayonunun Eksik kəndi olub.

Zəlzələdən sonra bölgədə qısa müddətli təşviş yaşanıb. Sakinlərin bir qismi təhlükəsizlik məqsədilə evlərindən çıxaraq küçəyə toplaşıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Jalə Demokrat.az

D
demokrat.az