“Çocuklar Duymasın” serialında canlandırdığı Meltem obrazı ilə məşhurlaşan Pınar Altuğ bu dəfə sosial media paylaşımı ilə gündəmə gəlib.
Məşhur aktrisa bir izləyicisindən gələn mesaj qarşısında təəccübünü gizlədə bilməyib. İzləyici Altuğdan500 min TL yardımistəyərək, “Pınar xanım, zəhmət olmasa mənə kömək edə bilərsiniz? 500 min TL-yə ehtiyacım var” yazıb.
Pınar Altuğ isə mesajın ekran görüntüsünü Instagram hesabında paylaşaraq vəziyyətə ironik münasibət bildirib.
Aktrisa paylaşımında belə yazıb:
“Mən də bir neçə milyona yox demərəm, verən varsa... Ya saymağı unutmuşuq, ya da yavaş-yavaş dəli oluruq. Deyəsən, bunun başqa izahı yoxdur.”
Daha əvvəl də 450 min TL istəmişdilər
Pınar Altuğ daha əvvəl də oxşar hadisə ilə gündəmə gəlmişdi. Bir izləyicisi ondan450 min TListəyərək dələduzluq səbəbilə maddi zərər çəkdiyini bildirmişdi.
Özünün 4 uşaq atası olduğunu deyən həmin şəxs zərərinin qarşılanması üçün aktrisadan yardım istəmişdi.
Leyla Demokrat.az


