Sosial

İnfluenser "Bəniz" apellyasiya şikayəti verdi

İnfluenser Bəniz apellyasiya şikayəti verdi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli influenser Aybəniz Xəlilova apellyasiya şikayəti verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Unikal"a xanım influenserin vəkili Salman Qasımlı məlumat verib.

Vəkil birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmadıqlarını və müvəkkilinin günahsız olduğunu bildirib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə influenserin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki,influenserə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə influenserr uzun müddət sevgili münasibətində olublar.

Məhkəmə istintaqı dövründə isə zərərçəkmiş xanım İnfluenserdən şikayətçi olmadığını bildirib.

Demokrat.az

D
demokrat.az