Şou-biznes

Vəfat edən həyat yoldaşının görüntülərini paylaşıb belə yazdı

Vəfat edən həyat yoldaşının görüntülərini paylaşıb belə yazdı

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil vəfat edib.Pərvin həyat yoldaşı ilə bağlı paylaşım edib.

Bloger paylaşımında həyat yoldaşının vəfatından sonra yaşadığı ağır sarsıntını ifadə edib:

"Mənim quru nəfəsim sənə qurban, Emin! Canlı ölü olsam da, balalarımız üçün ayaqda durmalıyam! Sənin qədər güclü ola bilməsəm də, var gücümlə onları böyütməliyəm! Sən mənim evimin işığı, dirəyidin! Qaranlıqda qalmışam. Hər yerdə nəfəsin var, gəlməyən nəfəsinə yarımçıq canım qurban! Artıq ölümdən qorxmuram! Rahat yat Eminim, qoyub getdiyin hər bir şeyi gözüm kimi qoruyacağam. Dua etməkdən başqa əlimdən bir şey gəlmir... Sən mənim ürəyimsən!" – deyə Pərvin qeyd edib.

Məlumat üçün bildirək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağı olub. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərində fəaliyyət göstərən M.Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.

Pərvin Səfiyarovanın bacısı, keçmiş vizajist Nərmin İbrahimova isə Emin Səfiyarovun bir müddət əvvəl ağır yol-nəqliyyat hadisəsi keçirdiyini və qəzanın onun səhhətinə ciddi təsir etdiyini bildirib. Onun sözlərinə görə, Emin Pərvinin doğum günü günü ürək dayanması nəticəsində həyatını itirib.(axsam.az)

Demokrat.az

D
demokrat.az