Kriminal

Masazırda kişi öldürüldü — Arvadı saxlanıldı

Masazırda kişi öldürüldü — Arvadı saxlanıldı

Masazır qəsəbəsində 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə öldürülməsi ilə bağlı polisə məlumat daxil olub.

Hadisə bu gün saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun 43 yaşlı arvadı A. Əliyeva saxlanılıb. O, istintaq orqanına təhvil verilib.

Hadisənin motivi və digər hallar araşdırılır. Fakta görə araşdırma davam etdirilir.

Demokrat.az

D
demokrat.az