Gəncədə iki qadın dəm qazından zəhərlənib.
Demokrat.azAPA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Əliyeva Gülnarə Novruz qızı və Əliyeva Gülmira Noruz qızı dəm qazından zəhərləniblər. Xəstəxanaya yerləşdirilən qadınlara lazimi tibbi yardım göstərilib.
Vəziyyətlərinin kafi olduğu bildilir.


