Hadisə

Şəmkirdə qəza: Dörd nəfər öldü, yaralılar var

Şəmkirdə qəza: Dörd nəfər öldü, yaralılar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az