İnfrastruktur

Yeni ekspres avtobusların dayanacaqları — VİDEO

Yeni ekspres avtobusların dayanacaqları — VİDEO

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq.

Sərnişinlərin daşınmasını təmin etmək üçün AYNA avqustun 14-dən 6 yeni ekspres avtobus marşrutunu istifadəyə verib. Bundan əlavə, 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılacaq.

Həmçinin “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli avtobusların son dayanacaqları dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təşkil olunub.

Demokrat.az yeni ekspres marşrutların dayanacaq məntəqələri ilə bağlı videonu təqdim edir:

D
demokrat.az