Ana olmağa hazırlaşan Türkiyənin məşhur müğənnisi Melike Şahin Harbiye Açıkhava səhnəsində doğuşdan əvvəl son konsertini verib.
Demokrat.az xəbər verir ki, İstanbulun Harbiye Cemil Topuzlu Açıkhava Teatrında səhnəyə çıxan sənətçinin hamiləliyi artıq nəzərəçarpacaq dərəcədə bəlli olub. Şahin konsert zamanı pərəstişkarlarına səhnələrə bir müddət ara verəcəyini açıqlayıb.
Müğənni çıxışı zamanı gecənin onun üçün xüsusi olduğunu vurğulayaraq, “Ən azından oğlum qarnımda son konsertimdir, dəqiq” deyib.
Şahin konsertin gedişatını əvvəlcədən planlaşdırmaq əvəzinə, hər şeyi anın axarına buraxmağa qərar verdiyini bildirib. O, “Artıq nə olacaqsa, olacaq. Ağlayarıq, gülərik, bir şəkildə öhdəsindən gələrik” sözləri ilə hisslərini bölüşüb.
Sənətçi Harbiyedə əvvəlki konsertlərini də xatırlayaraq bu dəfə səhnədən ayrılmasının onun üçün xüsusi məna daşıdığını qeyd edib.
Minlərlə pərəstişkarının qatıldığı konsertdə Melike Şahin sevilən mahnılarını səsləndirib. Beləliklə, Harbiyedəki çıxış müğənninin ana olmadan əvvəl verdiyi son konsert olub.
Nuray


