Hadisə

İranda zəlzələ: üç vilayətdə hiss edildi

İranda zəlzələ: üç vilayətdə hiss edildi

Bu gün səhər saatlarında İranın Xuzistan vilayətinin Hüseyniyyə şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, zəlzələ İranın qərb və cənub-qərbində yerləşən Xuzistan, İlam və Luristan vilayətlərinin sərhəd bölgələrində hiss olunub.

Zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də mümkün dağıntılar barədə hələlik məlumat daxil olmayıb.

Demokrat.az

D
demokrat.az