Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun təxminən 5 milyon izləyicisi olan Instagram hesabını qəfil bağlaması gündəm yaradıb.
Demokrat.az bildirir ki, aktyorun heç bir açıqlama vermədən sosial media hesabını deaktiv etməsi müxtəlif iddialara səbəb olub. Onun bu addımının arxasında şəxsi problem və ya hər hansı böhran olduğu ehtimal edilsə də, yeni məlumatlar fərqli mənzərə ortaya qoyub.
Məlumata görə, Tatlıtuğun hesabını bağlamasının arxasında ciddi və ya xüsusi səbəb yoxdur. Aktyorun yaxın çevrəsinə bu qərarı ilə bağlı“Canım istədi, belə qərar verdim. Xüsusi və mühüm bir səbəbi yoxdur”dediyi bildirilir.
Beləliklə, təxminən 5 milyon izləyicisi olan hesabını bağlayan Kıvanç Tatlıtuğun bu qərarının hər hansı qalmaqal və ya böhranla əlaqəli olmadığı, sadəcə şəxsi seçimi olduğu iddia edilir.
Leyla Demokrat.az


