Hadisə

Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət alıb

Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət alıb

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.

Demokrat.az"Report"a istinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Toyota Camry", VAZ-2107 və VAZ-21099 markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və VAZ-2107 aşaraq yolun sağ və sol kənarlarına düşüblər.

Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Demokrat.az

D
demokrat.az