Ermənistan Milli Assambleyasının keçmiş sədri Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, 2018-ci ildən bəri Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Armen Qriqoryanı əvəz edəcək.
Simonyanın bu vəzifəyə təyin edilməsi, onun parlament seçkilərindən sonra deputat mandatını qəbul etməyəcəyini bəyan etməsindən sonraya təsadüf edir. O, parlament sədrliyi vəzifəsini saxlamağa ümid edirdi, lakin sonda bu vəzifə Ruben Rubinyana qismət oldu.
Qeyd edək ki, Armen Qriqoryan Azərbaycanla danışıqlarda iştirak edən əsas erməni rəsmilərindən biri idi və Hikmət Hacıyevlə görüşlər keçirmişdi. Seçkilərdən sonra Hikmət Hacıyev Dilicana səfər edərək Qriqoryanla görüşmüşdü. Bu görüş sülh prosesi üçün mühüm bir siqnal kimi qiymətləndirilmişdi.
Simonyan da Azərbaycanla təmaslara yad deyil. O, Ermənistan parlamentinin sədri vəzifəsində çalışdığı dövrdə azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşlər keçirmiş və həmin görüşlər barədə müsbət fikirlər səsləndirmişdi.
May ayında o, Azərbaycana səfər etmək istədiyini bildirmişdi. Belə bir səfər yaxın gələcəkdə baş tuta bilə. Xüsusilə də Hacıyevin Dilijana səfərindən sonra Qriqoryanın Azərbaycana cavab səfəri gözləniləndir.


