Dünya

İzmir sahillərində zəlzələ oldu

İzmir sahillərində zəlzələ oldu

Egey dənizində 3,7 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın son məlumatlarına əsasən, zəlzələ saat 11:30-da qeydə alınıb. Yeraltı təkanın ocağı 12 kilometr dərinlikdə yerləşib.

Hadisənin İzmir sahilləri yaxınlığında baş verdiyi bildirilib. Zəlzələnin yaratdığı mümkün dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Zəlzələ ilə bağlı AFAD tərəfindən yayılan məlumatda təkanın maqnitudasının 3,7, dərinliyinin isə 12 kilometr olduğu qeyd edilib.

Jalə Demokrat.az

D
demokrat.az