Bəzi insanlar romantik münasibətlərdə yalnız vərdiş və ya partnyorunu itirmək qorxusu səbəbindən qalmağa davam edirlər. Lakin həqiqi sevgini narahat bağlılıqdan ayırmağı bacarmaq vacibdir.
Demokrat.az xəbər verur ki, psixoloq Natalya Fomiçova bu barədə “Lady Mail”ə müsahibəsində danışıb.
Mütəxəssis izah edib ki, narahat bağlılığı olan insan adətən tərk edilməkdən qorxur. Belə vəziyyətdə o, həddindən artıq qısqanclıq göstərə və partnyoruna nəzarət etməyə çalışa bilər.
“Sevgi hər şeydən əvvəl qəbul etmək, sərhədlərə hörmət, təhlükəsizlik və dəstək hissidir. Özünü təhlil etmək üçün özünüzdən soruşmağınız faydalıdır: “Mən bu insanla birlikdə olmaq istəyirəm, çünki onunla özümü yaxşı hiss edirəm, yoxsa tək qalmaqdan qorxduğum üçün?” deyə ekspert vurğulayıb.
Psixoloq münasibətlərdəki müvəqqəti böhranları da xatırladıb. Belə dövrün başa çatmasının əsas əlamətləri arasında birlikdə vaxt keçirmək istəyinin yaranması, emosional açıqlıq, səmimi söhbətlərin bərpa olunması və birgə gələcəyin planlaşdırılması var.
Eyni zamanda, münasibətlərdə uzaqlaşmaya laqeydlik, partnyorla ünsiyyətdən qaçmaq istəyi, öz emosiyalarını açıq şəkildə bölüşmək arzusunun olmaması və əsəbi davranışlar işarə edə bilər.
Jalə Demokrat.az


