Bəzi qadınlar digər insanların niyyətlərini həmin şəxslər öz qərarlarının fərqinə varmadan əvvəl belə təxmin edə bilirlər.
Demokrat.az xəbər verir ki, bu barədə “Times of India” yazır.
Numeroloqların sözlərinə görə, bu qabiliyyət birbaşa insanın doğum tarixi və onu idarə edən planetlə əlaqəlidir.
2, 11, 20 və ya 29-da doğulanlar
Bu qadınları intuisiya və həssaslığa cavabdeh olan planet – Ay idarə edir. Onlar ətrafdakı insanların emosiyalarını və enerjisini digərlərindən daha güclü hiss edir, həmsöhbətinin əhvalını və niyyətlərini dərhal anlayırlar.
Əsas problem həddindən artıq emosional olmalarıdır. Məhz buna görə bu tip qadınlar nadir hallarda öz daxili güclərinə diqqət yetirirlər. Qabiliyyətlərini gücləndirmək və emosional baxımdan özlərini qorunmuş hiss etmək üçün astroloq onlara daha tez-tez meditasiya etməyi tövsiyə edir.
7, 16 və ya 25-də doğulanlar
Bu qrupu Ketu adlı kölgə planeti idarə edir. O, mənəviyyatı, azadlığı və müdrikliyi simvolizə edir.
Numeroloqların sözlərinə görə, belə qadınlar təbiətən güclü intuisiya və daxili gücə malikdirlər. Həyatda düzgün yolu tapmaq üçün hətta xüsusi səy göstərmələrinə ehtiyac yoxdur, çünki qərarları onlara daxili duyğuları diktə edir.
Onlarda “üçüncü göz”ün adətən aktiv olduğu bildirilir. Əgər belə deyilsə, bu qabiliyyəti gücləndirmək üçün hər səhər meditasiya etmək tövsiyə olunur.
4, 13, 22 və ya 31-də doğulanlar
Bu qadınları daha bir kölgə planeti – karmik inkişaf, illüziyalar və qəfil dəyişikliklərə cavabdeh olan Rahu idarə edir.
Belə qadınların ətrafındakı insanların düşüncələrini oxuya bildiyi və həmsöhbətinin növbəti addımını əvvəlcədən hiss etdiyi iddia olunur. Onlar insanın sözləri ilə hərəkətlərinin bir-birinə uyğun olub-olmadığını müşahidə edir və nəyinsə “qaydasında olmadığını” demək olar ki, həmişə hiss edirlər.
Belə qadınları aldatmaq və ya onlardan “yayınmaq” praktiki olaraq mümkün deyil. Onların insanın davranış modelini müəyyənləşdirdiyi və buna uyğun hərəkət etdiyi bildirilir.
Jalə Demokrat.az


