Ən böyük hədiyyə isə Sea Breeze Resort "Park Lane" layihəsindən 1 mənzildir!
Bundan əlavə, aşağıdakı hədiyyələri qazanmaq şansı sizi gözləyir:
50 000 və 20 000 uçuş milləri ABB–AZAL Miles Co-brand kartları Crocus Fitness Baku illik abunə kartları "AghalarovRest" restoranlar şəbəkəsində 150 AZN dəyərində kuponlar Nəzərinizə çatdıraq ki, lotereya 8 sentyabr 2026-cı il tarixinədək davam edəcək.
İştirak etmək üçün şərtlər çox sadədir:
AZAL Miles proqramına qoşulun və ya mövcud hesabınıza daxil olun. Şəxsi kabinetinizdə lotereya bölməsinə keçərək iştirakınızı təsdiqləyin. Millər qazanın və ya istifadə edin, yaxud digər uyğun əməliyyatları həyata keçirərək lotereya üçün şanslar toplayın. Unutmayın: Topladığınız hər bir şans lotereya bileti hesab olunur. Nə qədər çox şans qazansanız, qalib olmaq ehtimalınız da bir o qədər yüksək olacaq.
Tiraj 15 sentyabr 2026-cı il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminal binasında elektron qaydada keçiriləcək. Qaliblər tirajdan sonra 5 iş günü ərzində AZAL-ın rəsmi kommunikasiya kanallarında elan olunacaq.
Qeyd: Lotereyada iştirak yalnız 18 yaşını tamamlamış şəxslər üçün nəzərdə tutulub. Mənzil istisna olmaqla, hər bir iştirakçı digər hədiyyələr üzrə yalnız bir dəfə qalib seçilə bilər.
Ətraflı məlumat və iştirak şərtləri ilə tanış olmaq üçün sayta keçid edin.
Vaxt bitmədən "Səma və dəniz" lotereyasına qoşularaq dəyərli hədiyyələr qazanmaq fürsətini qaçırmayın!


