Şou-biznes Özəl

"Əgər bunu eqo hesab edirsinizsə, eqomdan çatlayın" — FOTOLAR

Əgər bunu eqo hesab edirsinizsə, eqomdan çatlayın — FOTOLAR

Türk müğənni Aleyna Tilkinin yeni mahnı tələb edən pərəstişkarlarına verdiyi reaksiya sosial mediada böyük əks-səda doğurub.

Demokrat.az xəbər verir ki, gənc müğənni reaksiyasını tənqid edənlərə də sərt cavab verib: “Eqomdan çartlayın!”

Aleyna Tilki fan-klubunda yazılan “Bəs mahnı?” sualına gözlənilməz cavab verib:

“Karyeramın əvvəlindən hər il ən azı bir böyük hit çıxarmışam. Bu il yeni bəstə olmaya bilər. Bəlkə də içimdən gəlmir? Necə pərəstişkarlarsınız, başa düşmürəm. Xaricdə albom hazırlayıram və dünya musiqisinə istiqamət verən prodüserlərə türk mədəniyyətinin və musiqisinin dəyərlərini öyrədirəm. Mən ‘yoruldum’ yazıram, siz isə ‘Mahnı haradadır?’ yazırsınız. Mən sizə sevməyi beləmi öyrətdim? Hər il istehlak edəcəyiniz bir şey təqdim etməliyəm?”

Müğənni reaksiyasına yönələn tənqidlərdən sonra daha bir paylaşım edib:

“Eqolu obraz yaratdığım zaman bu, mənim üçün daha yaxşı idi. Ən azından şəxsi həyatımda əsl xarakterimi və səmimi tərəfimi qoruya bilirdim. Sizə hətta həddindən artıq səmimi danışdım. Sarkastik xarakterimə qayıdacağam. Artıq yenə də yalnız çox ağıllı insanlar zarafatlarımı anlayacaq. Sonuncu dəfə deyirəm: əgər bunu eqo hesab edirsinizsə, eqomdan çatlayın. Bu il sizə məndən mahnı yoxdur. Sizə ev tapşırığı verirəm: gələn il mən mahnı çıxarana qədər gedin, ilk növbədə bu vaxta qədər etdiklərimi həzm edin.”

Aleyna Tilki pərəstişkarlarına sərt şəkildə müraciət edib:

“Mən səmimi olduğum zaman, istəklərinizə cavab verdiyim zaman məni göylərə qaldırırsınız, amma ən kiçik tənqidimi belə eşidəndə içinizdəki bütün nifrəti mənə yönəldirsiniz. İkiüzlülüyünüzlə üzləşin və xahiş edirəm, mənim auditoriyam olmayın. Əslində mən sizi istəmirəm.”

Əgər bunu eqo hesab edirsinizsə, eqomdan çatlayın — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az