Hadisə

Ucarda motosiklet piyadanı vurdu, iki nəfər xəsarət aldı

Ucarda motosiklet piyadanı vurdu, iki nəfər xəsarət aldı

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub.

Nəticədə motosikletin sürücüsü Q. Qasımov və piyada M. Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(lent.az)

Demokrat.az

D
demokrat.az