İllərdir sağlam həyatın və pəhrizlərin imtinaedilməz hissəsi kimi göstərilən, əzələ kütləsini artırmaq və gənc qalmaq üçün bol-bol qəbul edilən proteinlə bağlı alimlərdən xəbərdarlıq gəlib. Protein əlavələri (tozlar, barlar) və həddindən artıq yüksək proteinli bəslənmə həqiqətənmi sağlam qocalmanın açarıdır, yoxsa orqanizmə böyük zərər vurur? Nüfuzlu elm adamlarının reallaşdırdığı son araşdırmalar hər kəsi şübhəyə salacaq vacib həqiqətləri üzə çıxarıb.
Demokrat.az xəbər verir ki, mütəxəssislər normadan artıq protein qəbulunun sanıldığı qədər məsum olmadığını bildirirlər. Elmi tədqiqatlar göstərir ki, həddindən artıq istifadə xüsusilə böyrəklərə və qaraciyərə aşırı yük salır. Təbii qidalardan kənar, süni protein tozları və əlavələrinə üstünlük verən şəxslərdə böyrək daşı riskinin artması, orqanizmin susuzlaşması və uzunmüddətli dövrdə böyrək funksiyalarının zəifləməsi müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, hər kəsin gündəlik protein ehtiyacı onun çəkisinə, yaşatdığı həyat tərzinə və fiziki fəallığına görə dəyişir. Hər gün yüksək dozada protein qəbul etmək insana əlavə güc qazandırmır, əksinə, metabolik balansı pozaraq ciddi səhhət problemlərinə yol açır. Alimlər xəbərdarlıq edir ki, yumurta, balıq və paxlalılar kimi təbii qidalar durarkən, kimyəvi tərkibli protein əlavələrinə aludə olmaq gələcəkdə qarşısıalınmaz xəstəliklərə zəmin yarada bilər.
Nuray Paşşanlı


