Sosial Özəl

Sosial şəbəkələrdə bu səhvi edənlər mənəvi təzminat ödəyə bilər — Açıqlama

Sosial şəbəkələrdə bu səhvi edənlər mənəvi təzminat ödəyə bilər — Açıqlama

Sosial şəbəkələrdə paylaşım etmək hər kəsin ifadə azadlığı çərçivəsində hüququ olsa da, bu hüquq qanunvericiliklə müəyyən edilmiş məsuliyyətlə müşayiət olunur. Bəzən istifadəçilər paylaşdıqları bir status, şərh, foto və ya video səbəbindən hüquqi məsuliyyətlə üzləşə, hətta məhkəməyə verilə bilərlər.

Sosial şəbəkədə edilən paylaşımlar hansı hallarda qanun pozuntusu hesab olunur?

Hüquqşünas Ceyhun İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, əgər paylaşılmış ifadə, status, şərh və ya fotoda hər hansı şəxs təhqir edilir, ona böhtan atılır, yaxud yalan və təhrif olunmuş məlumatlar yayılır, əsassız ittihamlar irəli sürülürsə, həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır:

Sosial şəbəkələrdə bu səhvi edənlər mənəvi təzminat ödəyə bilər — Açıqlama

“Bu məsuliyyət müxtəlif formalarda özünü göstərə bilər. Birincisi, Azərbaycan Respublikası Cinayət Məcəlləsində xüsusi ittiham qaydasında baxılan təhqir və böhtan cinayətləri mövcuddur. Əgər şəxs sosial şəbəkədə bir və ya bir neçə nəfərin görə biləcəyi formada təhqir və ya böhtan xarakterli paylaşım edərsə, zərərçəkmiş şəxs onu xüsusi ittiham qaydasında məhkəməyə verə bilər. Belə hallarda əməl cinayət hesab olunur və təqsirli şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Ceyhun İsmayılov yalan məlumatların yayılmasının qarşı tərəfə mülki qaydada məhkəməyə müraciət etmək hüququ da verdiyini əlavə edib:

“Bu halda zərərçəkmiş şəxs mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldıra bilər. Eyni zamanda məhkəmə qərarı ilə yayılmış yalan məlumatların təkzib edilməsi öhdəliyi də həmin məlumatı yayan şəxsin üzərinə qoyula bilər. Yalan informasiya paylaşan şəxs həm mülki qaydada mənəvi ziyanı ödəməli, həm də yaydığı məlumatı təkzib etməli ola bilər. Yəni sosial şəbəkələrdə təhqir, böhtan və yalan məlumatların paylaşılması həm cinayət, həm də mülki hüquqi məsuliyyət yarada bilər”.

Fidan Hacızadə

D
demokrat.az