ABŞ-nin Florida Beynəlxalq Universitetinin (FIU) alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, ağcaqanadların bəzi insanları digərlərindən daha çox sancmasının əsas səbəbi dəri üzərində yaşayan müəyyən bakteriyalar və insan orqanizminin yaydığı qoxulardır.
Demokrat.az bildirir ki,iSciencejurnalında dərc olunan tədqiqata görə, ağcaqanadlar qurbanlarını təsadüfi seçmir. Araşdırmaya rəhbərlik edən neyrogenetik alim Metyu DeGennaronun sözlərinə görə, insan dərisinin mikrobiomu və dəridən ayrılan uçucu üzvi birləşmələr (VOC) bu həşəratlar üçün əsas istiqamətləndirici amillərdən biridir.
Tədqiqat zamanı Mayami şəhərindən 119 könüllünün iştirakı ilə xüsusi qoxuölçmə cihazından istifadə olunub. İştirakçıların qoxularına xəstəlik daşımaq potensialı yüksək olan üç ağcaqanad növünün –Aedes aegypti,Aedes albopictusvəCulex quinquefasciatus– reaksiyası müşahidə edilib.
Araşdırma nəticəsində məlum olub ki, insan dərisindəki 246 bakteriya qrupu arasındaCo. kefirresidentii,Cu. granulosumvəStaphylococcus epidermidisbakteriyaları ağcaqanadlar üçün daha cəlbedicidir. Həmçinin müxtəlif ağcaqanad növlərinin ov davranışlarının fərqli olduğu,Aedes aegyptinövünün isə kişilərə qadınlarla müqayisədə bir qədər daha çox maraq göstərdiyi müəyyən edilib.
Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə daha təsirli ağcaqanadqovan vasitələrin hazırlanmasına və malyariya, denge qızdırması, Qərbi Nil virusu kimi ağcaqanadların yaydığı təhlükəli xəstəliklərlə mübarizəyə mühüm töhfə verə bilər.
Leyla Demokrat.az


