Hadisə

Tələbə qızı dəm qazından boğulmuşdu — 3 il sonra qəzada öldü (FOTOLAR)

Tələbə qızı dəm qazından boğulmuşdu — 3 il sonra qəzada öldü (FOTOLAR)

Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermişağır yol qəzasıilə bağlı bəzi məqamlar üzə çıxıb.

Demokrat.az “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, “KamAZ” markalı yük maşınına çırpılan “BYD” markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anasıSvetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.

Tələbə qızı dəm qazından boğulmuşdu — 3 il sonra qəzada öldü (FOTOLAR)
Tələbə qızı dəm qazından boğulmuşdu — 3 il sonra qəzada öldü (FOTOLAR)
Tələbə qızı dəm qazından boğulmuşdu — 3 il sonra qəzada öldü (FOTOLAR)

Demokrat.az

D
demokrat.az