Maraqlı Özəl

Gecə içilən qəhvə düşünülməmiş qərarların sayını artıra bilər

Gecə içilən qəhvə düşünülməmiş qərarların sayını artıra bilər

Alimlər müəyyən ediblər ki, gecə saatlarında qəhvə içmək impulsiv davranışların artmasına və riskli qərarlar vermə ehtimalının yüksəlməsinə səbəb ola bilər.

ABŞ-nin Texas Universitetində aparılan yeni araşdırmaya əsasən, gecə oyaq qalmaq üçün qəhvə qəbul etmək gözlənilməz təsirlər yarada bilər. Tədqiqat müəllifləri bildirirlər ki, qəhvə dünyada ən çox istifadə olunan psixoaktiv maddələrdən biridir və onun davranışa təsirinin günün vaxtından asılı olaraq dəyişə biləcəyini araşdırıblar.

Araşdırma meyvə milçəkləri üzərində aparılıb. Təcrübə zamanı onlara müxtəlif dozalarda və fərqli vaxtlarda kofein verilib. Nəticələr göstərib ki, gündüz kofein qəbul edən milçəklərin davranışında ciddi dəyişiklik qeydə alınmayıb. Ancaq gecə kofein qəbul edənlər daha ehtiyatsız və impulsiv davranışlar nümayiş etdiriblər.

Tədqiqatçılar həmçinin qadınlar və kişilərin kofeinə eyni səviyyədə reaksiya vermədiyini bildiriblər. Onların fikrincə, qadınların gün ərzində qəbul etdiyi kofein miqdarı kişilərlə müqayisədə daha az olmalıdır.

Alimlər vurğulayırlar ki, bu nəticələr heyvan modeli üzərində aparılan araşdırmaya əsaslanır və onların insanlar üçün də eyni dərəcədə keçərli olub-olmadığını müəyyənləşdirmək məqsədilə əlavə tədqiqatlara ehtiyac var.

Leyla Demokrat.az

D
demokrat.az