Maraqlı Özəl

Ev şəraitində qoz sirkəsi necə hazırlanır? — Təbii və faydalı resept

Ev şəraitində qoz sirkəsi necə hazırlanır? — Təbii və faydalı resept

Qatqısız, ev şəraitində hazırlanan sirkələr sağlam qidalanmaya üstünlük verənlərin ən çox seçdiyi məhsullardan biridir.

Demokrat.az xəbər verir ki, qoz sirkəsi həm özünəməxsus dadı, həm də təbii hazırlanma üsulu ilə seçilir. Onu bir neçə sadə ərzaqla evdə hazırlamaq mümkündür.

Lazım olan ərzaqlar

* 2 stəkan xırda çəkilmiş qoz * 4 litr qaynadılıb soyudulmuş su * 1 stəkan təbii sirkə * 1 stəkan çiçək balı * 1 xörək qaşığı təbii duz * 10-15 ədəd noxud * 1 stəkan bulqur (yarma)

Şəkər qəbulunu məhdudlaşdıran şəxslər bal əlavə etmədən də hazırlaya bilərlər.

Hazırlanma qaydası

Əvvəlcə iri şüşə və ya saxlama qabını yaxşıca yuyub sterilizə edin. Suyu qaynadın və tam soyumasını gözləyin.

Qozu xırda toz halına gələnədək üyüdün və steril qabın içinə tökün. Üzərinə bal və təbii sirkəni əlavə edin. Daha sonra soyumuş suyu və duzu tökərək taxta qaşıqla yaxşıca qarışdırın.

Qabın ağzını təmiz tənziflə örtün və rezinlə bərkidin. Qarışığı günəş şüası düşməyən, sərin yerdə 20 gün saxlayın. Bu müddətdə hər gün bir dəfə taxta qaşıqla qarışdırın.

20 gün tamam olduqdan sonra sirkəni süzərək yenidən təmiz qaba tökün. İçinə bulqur və noxudu əlavə edin, qapağını möhkəm bağlayın və 2 ay mayalanması üçün saxlayın.

Mayalanma prosesi başa çatdıqdan sonra sirkəni yenidən süzün və istifadəyə hazır vəziyyətə gətirin.

Nəticədə təbii üsulla hazırlanmış, qatqısız ev qoz sirkəsi əldə edəcəksiniz. Onu sərin və qaranlıq yerdə saxladıqda uzun müddət istifadə etmək mümkündür.

Jalə Demokrat.az

D
demokrat.az