"Dünyanın ən gözəl qızı" kimi tanınan fransız model Tilan Blondo (Thylane Blondeau) DJ Ben Attal ilə ailə həyatı qurub.
Demokrat.az xəbər verir ki, cütlük iyun ayında Parisdə rəsmi nikaha daxil olduqdan sonra Fransanın cənubunda yerləşən və təxminən 64 milyon dollar dəyərində qiymətləndirilən Şato Diter qəsrində toy mərasimi keçirib.
25 yaşlı model ziyafət üçün "Miu Miu" moda evi tərəfindən xüsusi hazırlanan krujevalı, su pərisi üslubunda gəlinlik seçib. Mərasimdən sonra o, toy fotolarını sosial media hesabında paylaşaraq uzun örtüyünü və gəlinliyinin incə detallarını izləyicilərinə təqdim edib.
Blondo paylaşımında xəyal etdiyi gəlinliyin xüsusi olaraq hazırlandığını bildirib. O, toylarının sadə, müasir və zamansız üslubda təşkil olunmasını istədiklərini, nəticənin isə gözləntilərini üstələdiyini vurğulayıb.
Qeyd edək ki, Tilan Blondo uşaqlıq illərində "Vogue" jurnalı tərəfindən "Dünyanın ən gözəl qızı" adlandırılmış və bu titul ona beynəlxalq şöhrət qazandırmışdı. Model 2020-ci ildən etibarən DJ Ben Attal ilə münasibətdə idi.
Nuray


