Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ötən gecə, vəfatından öncə Xalq şairi Nəriman Həsənzadəni ziyarət edib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Xalq şairinin müalicə olunduğu Mərkəzi Klinikaya gedib.
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev şairin səhhəti ilə bağlı məlumat verib.
Nəriman Həsənzadəni ölümündən əvvəl mədəniyyət naziri ziyarət edib - FOTO
Bildirilib ki, süni tənəffüs aparatına qoşulan ədibin səhhətində mənfi dinamika müşahidə olunur.
Xalq şairinin ailə üzvləri ilə söhbət edən nazir Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətləri olduğunu bildirib.
Qeyd edilib ki, ədibin yaradıcılığı hər zaman ölkə rəhbərliyinin diqqətində olub. Şair dövlətimizin ali təltiflərinə layiq görülüb və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəriMehriban Əliyevatərəfindən şairin müalicəsi daim diqqətdə saxlanılıb.
Demokrat.az


