Türkiyəli müğənni Rober Hatemo uşaqlıq illərində yaşadığı travmatik xatirələrdən danışıb.
Demokrat.az xəbər verir ki, "Senden Çok Var", "Esmer" və "Beyaz ve Sen" kimi mahnıları ilə tanınan sənətçi illərdir dırnaq yemək vərdişindən qurtula bilmədiyini bildirib. O, bu problemin səbəbi barədə düşünərkən uşaqlığında atası ilə yaşadığı bir hadisəni xatırladığını deyib.
Emel Özuğurun "YouTube" proqramına qonaq olan Hatemo bildirib: "Hər şeyi sağaltdığımı düşünürəm, amma dırnaq yeməyi aradan qaldıra bilmədim. Bir gün bunun səbəbini düşündüm. Atam dırnaq yediyimə görə corabını çıxarıb ayağını ağzıma saldı və "Bunları da ye" dedi. Ləyaqətim alçaldıldı",
Müğənni həmçinin atasının onun səhnəyə çıxmasını istəmədiyini də söyləyib.
"Atam mənim səhnəyə çıxmağımı istəmirdi. O vəfat etdikdən sonra işlərim açılmağa başladı. Əlbəttə, qırx mərasimi başa çatmadan səhnəyə çıxmadım. 'Mənim atam vəfat edib, mən necə səhnəyə çıxım?' Bu, mənə çox qəribə gələrdi, belə bir şey edə bilməzdim", deyə Hatemo vurğulayıb.
Sənətçi atasının vəfat etdiyi gün belə iş təklifi aldığını da qeyd edib.
"Aylardır heç bir iş təklifi gəlmirdi. Qəbiristanlığa gedərkən mənə təklif gəldi. Bundan sonra isə hər gün daha yüksək səviyyəyə yüksəldim. Atam sanki enerjimi kəsirdi", deyə o əlavə edib.
Jalə Demokrat.az


