Hadisə

Qarabağ suvarma kanalının Ağcabədidən keçən hissəsində bir nəfər batıb — VİDEO

Qarabağ suvarma kanalının Ağcabədidən keçən hissəsində bir nəfər batıb — VİDEO

Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

D
demokrat.az