Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
Arzu Bəndəliyevanocomment.az-a açıqlamasında bildirib ki, onun vəzifədən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Bu barədə yayılan məlumatlar doğru deyil. Hazırda işimin başındayam və fəaliyyətimi davam etdirirəm", – deyə o qeyd edib.
Demokrat.az


