Vaxt az olan, amma ləzzətli süfrə hazırlamaq istəyənlər üçün praktik çiy köftə resepti təqdim olunur. Cəmi 10 dəqiqəyə hazırlanan bu resept həm asanlığı, həm də fərqli dadı ilə diqqət çəkir.
Demokrat.az xəbər verir ki, bişirmə tələb etməyən çiy köftəni ev şəraitində rahatlıqla hazırlamaq mümkündür.
Hazırlanma vaxtı: 10 dəqiqə Porsiya: 8-10 nəfərlik
Lazım olan ərzaqlar:
* 2 stəkan qəhvəyi xırda bulqur * 2 stəkan qaynar su * 1 iri soğan * 2 diş sarımsaq * Yarım çay stəkanı isot bibəri * 1 xörək qaşığı qırmızı pul bibər * 1 çay qaşığı qara istiot * 1 çay qaşığı üyüdülmüş qırmızı bibər * 1 xörək qaşığı nar turşusu * 1 çay qaşığı duz * 1 çay stəkanı duru yağ * 3 xörək qaşığı tomat və bibər qarışığı salça * Yarım limon
Hazırlanması:
İlk olaraq bulqura duz əlavə edilir və üzərinə qaynar su tökülərək 5 dəqiqə dəmlənməyə qoyulur. Bu müddətdə soğan və sarımsaq rəndələnir. Soğanın acı suyunun çıxması üçün yuyulur, sıxılır və bulqura əlavə edilir.
Daha sonra bütün ədviyyatlar, salça, yağ, nar turşusu və limon suyu qarışıma əlavə edilərək yaxşıca qarışdırılır.
Hazırlanan qarışıq blenderə yerləşdirilir və qısa müddətli hərəkətlərlə çəkilir. Qarışığın daha yaxşı alınması üçün blenderi çox yükləməmək, arada qarışdırmaq məsləhətdir. İstəyə görə böyük mətbəx robotundan da istifadə etmək olar.
Blenderdən çıxarıldıqdan sonra çiy köftə əllə bir neçə dəfə yoğrulur. Bu üsul onun daha yumşaq və yaxşı formalaşmış konsistensiya almasına kömək edir.
Hazır çiy köftə kahı yarpaqları ilə birlikdə süfrəyə verilə bilər.
Qeyd edilir ki, artıq qalan çiy köftəni dondurucuda saxlamaq mümkündür və sonradan çıxarıldıqda dadında ciddi dəyişiklik yaranmır. Daha çox qonaq üçün hazırlamaq istəyənlər isə bulqur və su nisbətini qoruyaraq miqdarı artıra bilərlər.


